Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə danışıqlar aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Zelenski vurğulayıb ki, Zaporojye AES-də qəzanın qarşısını almağın yeganə yolu onun tam silahsızlaşdırılması, işğaldan azad edilməsi və stansiya üzərində Ukrayna nəzarətinin bərpasıdır.
“Görüş zamanı AES-də risklərin minimuma endirilməsi və insidentlərin qarşısının alınması üçün atılmalı olan konkret addımlar, bunun üçün MAQATE ilə qarşılıqlı fəaliyyət yolları müzakirə edilib”, - məlumatda deyilib.
Xatırladaq ki, Rusiya silahlı qüvvələri Ukraynaya genişmiqyaslı işğalın ilk həftələrində Zaporojye Atom Elektrik Stansiyasını nəzarətə götürüb.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video