Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın məcburi köçkün ailəsinin, yəni 10 minə yaxın keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında öz doğma el-obalarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulub.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, Laçın şəhərinə 700-dək ailənin, Laçın rayonunun Zabux və Sus kəndlərinə 400 ailənin köçürülməsi nəzərdə tutulub. Eyni zamanda, Füzuli şəhərinə 267 ailənin, Zəngilanın Ağalı kəndinə növbəti mərhələdə 100-ə yaxın ailənin qayıdışı və məskunlaşdırılması nəzərdə tutulub.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video