Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda planlaşdırılan danışıqların növbəti raundu qrafiklə bağlı problemlərə görə təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Bu görüş 100% qrafiklə bağlı problemlərə görə baş tutmadı. Biz bu görüşü mümkün qədər tez keçirməyi səbirsizliklə gözləyirik”, - o bildirib.
O qeyd edib ki, tərəflər dinc dialoq aparmağa davam edir:
“Vaşinqton həll edilməmiş məsələlərin həlli üçün birbaşa dialoqun əsas olduğuna inanır”.
Qeyd edək ki, 12 iyunda Vaşinqtanda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü təxirə salınmışdı.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video