Xankəndidə separatçı rejimin “başçısı” Araik Arutyunyan təslim olmaqdan başqa yolun qalmadığını hesab edir.
BUTA.TV Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr yazır ki, Araik son həftələrdə “siyasətçilər”, “ziyalılar”, eləcə də digər “siyasi qruplar” və “ictimaiyyət nümayəndələri” ilə intensiv görüşlər keçirir.
“Mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Araik bütün görüşlərdə vəziyyətin çətin olduğunu deyir, təslim olmaq haqda danışır və gələcəyin qeyri-müəyyənliyindən bəhs edir.
Araikin keçirdiyi görüşlərdən sonra Xankəndidə ciddi çaxnaşma yaranıb, artıq çoxları üçün Qarabağda qalmaq mənasızdır”, - nəşr qeyd edir.
Qeyd edək ki, rəsmi Bakı separatçılara təslim olacaqları təqdirdə amnistiyaya düşə biləcəkləri ilə bağlı təklif irəli sürüb.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video