Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən antiterror qanunlarını praktikada tətbiq edəcəyini gözləyir. Ankaranın Stokholmun NATO müraciətini təsdiqləməsi bundan asılıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ərdoğan Azərbaycandan qayıdarkən mediaya müsahibəsində bildirib.
“Vilnüsdə NATO sammiti keçiriləcək. Fors-major hal olmasa, iştirak edəcəm. İsveçin sammitlə bağlı gözləntiləri (Alyansa daxil olmaq barədə qərar verəcəyi - red.) o demək deyil ki, biz onlara istədiklərini verəcəyik. İsveç ilk növbədə öz öhdəliklərini yerinə yetirməlidir. Onun qanunlarında, konstitusiyasında hüquq-mühafizə orqanlarının hüquqları müəyyən edilib. Onlardan istifadə etsin. Əgər onlar tətbiq edilməsə, o zaman Vilnüsdə (İsveçin NATO-ya qoşulması məsələsinə - red.) müsbət cavab verə bilməyəcəyik”, - o bildirib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video