İyunun 14-də Naxçıvan şəhərində STEAM Mərkəzinin açılış mərasimi keçirilib.
Bu barədə BUTA.TV-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və digər qonaqlar iştirak ediblər.
Qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, zəruri avadanlıqlarla təmin olunan mərkəzdə xüsusi istedadı ilə seçilən bacarıqlı şagirdlərin təhsil alması nəzərdə tutulur.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında yerləşən 212 məktəbin 156-da STEAM kabinetləri yaradılıb. 400-dən çox müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video