Ukrayna əks-hücuma başladı. Döyüş meydanında nə qədər uğurlu olarsa, Rusiya ilə danışıqlar masası arxasında bir o qədər yaxşı mövqe tutacaq.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq brifinqdə deyib.
Stoltenberq qeyd edib ki, Ukrayna əks-hücum əməliyyatı keçirir və NATO bunun müharibədə dönüş nöqtəsi olub-olmayacağını hələ bilmir:
“Amma biz görürük ki, ukraynalılar irəliləyir və daha çox ərazini azad edirlər. Biz bilirik ki, Ukrayna nə qədər çox şey əldə etsə, Rusiya ilə danışıqlar masasında mövqeləri bir o qədər möhkəm olacaq”.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video