Ukrayna hərbçiləri Rusiyanın 20-ci Əlahiddə Ümumqoşun Ordusunun Luqansk vilayətinin Kremennoy rayonunda yerləşən diviziyasına ağır zərbə endirib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Ukrayna ordusu Rusiyanın 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-mayor Suhrab Əhmədovun gəlişini gözlədiyi anda zərbə endirib. HIMARS-larla endirilən zərbələr nəticəsində 100-ə yaxın rus əsgəri həlak olub, 100-ə yaxını isə yaralanıb. Zərbə təkcə canlı qüvvəyə deyil, həm də zirehli texnikaya yönəlib”, - məlumatda deyilir.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video