Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov VAZ markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.
Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video