Ukrayna Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Kiyevdə Rusiya ordusunun Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahına raket zərbəsi endirməsi zamanı yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti Rusiya təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Budanov mayın 29-da yaralanıb, dağıntılar altından çıxarılaraq müalicə üçün Berlinə göndərilib.
“O, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi təyyarəsi ilə Polşa ərazisindən keçməklə Almaniyaya aparılıb və hazırda Berlindəki Bundesver xəstəxanasında müalicə olunur. İlkin məlumatlara görə, vəziyyəti ağırdır”, - mənbə bildirib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video