Rusiyanın Qafanda konsulluq açmaq qərarı və bunu ən qısa müddətdə reallaşdırma istəyinə İranın ərazidəki konsulu reaksiya verib.
BUTA.TV xəbər verir ki, İranın Qafandakı Baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına açıqlamasında bundan “şad olduqlarını” ifadə edib.
Onun sözlərinə görə, bu, Zəngəzur bölgəsində sabitlik və təhlükəsizliyə töhfə verəcək:
“Şadam ki, burada əməkdaşlıq edə biləcəyimiz başqa diplomatlar da olacaq. İran ölkələr arasında əlaqələrin inkişafına yönəlmiş istənilən addımı alqışlayır. Ümid edirik ki, Ermənistanın Zəngəzur bölgəsində başqa ölkənin diplomatik nümayəndəliyinin və ya siyasi nümayəndəliyinin açılması sabitlik və təhlükəsizliyə töhfə verəcək”.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video