Kursk vilayətində rabitə qülləsinə çırpılmaq istəyən PUA başqa binaya dəyərək partlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli kanallar məlumat yayıb.
Məlumata görə, PUA rabitə qülləsinə hücum etmək istəsə də, onu ötərək “Belpol”un inzibati binasına çırpılıb. Zərbə nəticəsində baş verən yanğın anbarın yerləşdiyi qonşu binaya keçib. Yanğının ümumi sahəsi 1.5 min kv.km təşkil edib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları, təcili tibbi yardım maşınları, elektrik şəbəkəsi və qaz xidmətinin işçiləri göndərilib.
Yanğının söndürülməsinə 40-dan çox canlı qüvvə, 10 texnika cəlb olunub.
İtkinin olmadığı bildirilib.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video