Avropa ilə Rusiya arasında münasibətlər konsensusa əsaslanmalıdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.
“İstərdim, Rusiya etiraf etsin ki, onun Avropa ilə münasibətləri razılığa və bir növ konsensusa əsaslanmalıdır. Əminəm ki, münaqişə başa çatsa, bu məqsədə nail oluna bilər. Rusiyanı “incimiş gücə” sövq etmək olmaz, çünki bu, yeni gərginliklərə səbəb ola bilər”, - o bildirib.
Kissincer qeyd edib ki, güclər arasında geosiyasi münasibətlərdə hərbi təfəkkürün üstünlük təşkil etməsi təhlükəsi var:
“Bu da Rusiya-Ukrayna münaqişəsini qlobal qarşıdurmaya çevirə, Çin kimi ölkələri özünə cəlb edə bilər”.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video