Tariyel Alverdiyev Sumqayıt Gömrük İdarəsinin rəisi təyin edilib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Sözügedən vəzifəyə qədər Tariyel Alverdiyev Dövlət Gömrük Komitəsi Gömrük Ödənişləri İdarəsinin rəisi vəzifəsini icra edib.
Qeyd edək ki, bu təyinata qədər sözügedən vəzifədə Baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğlu Coşqun Əhmədzadə çalışıb. O, müvafiq əmrlə sərəncama götürülüb.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video