İyunun 16-da Dövlət Sərhəd Xidməti (DSX) rəisinin tapşırığına uyğun olaraq DSX rəisinin müavini general-leytenant Cavid Abdullayev Laçın dövlət sərhədindən buraxılış məntəqəsində Ermənistanın təxribatı nəticəsində yaralanan və hazırda müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilən hərbi qulluqçu Rüstəmov Elşən Raddin oğlunu ziyarət edib.
Bu barədə BUTA.TV-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Həkimlər bildirib ki, hazırda hərbi qulluqçunun vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.
"Hərbi qulluqçu DSX-nin rəhbəliyinə və Kliniki Tibbi Mərkəzin tibb heyətinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirib. Müalicə-bərpa müddəti başa çatdıqdan sonra xidmətə qayıdacağını və sərhədlərimizin mühafizəsini şərəflə yerinə yetirəcəyini ifadə edib", - məlumatda qeyd olunub.
- Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət etdi
- Bakıda məşhur restoran söküləcək
- Ramazanın 15-ci günü: Dua, imsak və iftar vaxtı...
- Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
- Lökbatanda su kəsiləcək
- Məmura mükafat verən "jurnalist" həbs olundu
- 13 min mənimsəyən “bank əməkdaşı” saxlanıldı
- FHN DOST Agentliyində təlim keçirdi - Video