Bankomatdan pulunu çıxarıb mənimsədilər. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü, tanınmış kino xadimi Əsəd Əsədova qarşı dələduzluq edilib.
Kult.az xəbər verir ki, hadisə iyunun 10-u saat 14:00 radələrində Nəsimi rayonu ərazisində baş verib.
Bununla bağlı Xəzər Xəbər-ə 7 ildir xərçəng xəstəliyindən əziyyət çəkən Əsəd Əsədovun həyat yoldaşı İradə Əsədova məlumat verib.
İ. Əsədovanın sözlərinə görə, bankomatın qarşısındakı şəxs karta baxıb və deyib ki, bankomatda pul yoxdur. Amma balansınızda vəsait var.
İ. Əsədova hadisədəın sonra evə gəlib və dərhal 102 xidmətinə məlumat verib. Bundan sonra ailə Beynəlxalq Banka da müraciət edib. Bank ailənin şikayətinə “bizlik deyil” deyə cavab verib.
Hazırda dələduzluq edən şəxsin kimliyi polis tərəfindən araşdırlır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video
- Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi
- Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi
- Səhiyyə Nazirliyindən Naxçıvandakı hadisə ilə bağlı açıqlama
- Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb