Liman, Baxmut, Avdeyev və Marinsk istiqamətlərində şiddətli döyüşlər davam edir. Gün ərzində 17 toqquşma baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Düşmən sutka ərzində qoşunlarımızın mövqelərinə və yaşayış məntəqələrinə 40-dan artıq hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən 60 atəş zərbəsi endirib.
Mülki əhali, o cümlədən uşaqlar arasında ölən və yaralananlar var, mühüm infrastruktur obyektləri zədələnib, 20-dən çox yaşayış binası, məktəb və digər mülki infrastruktur dağıdılıb və zədələnib. Düşmən əsas səylərini Liman, Baxmut, Avdeyev və Marinsk istiqamətlərində cəmləşdirməkdə davam edir, ağır döyüşlər davam edir",- məlumatda deyilir.
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video
- Naxçıvana hücum: iki nəfər xəsarət alıb - Rəsmi
- Naxçıvana neçə PUA ilə hücum edilib? – İran səfirliyi
- Səhiyyə Nazirliyindən Naxçıvandakı hadisə ilə bağlı açıqlama
- Hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb