İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlidən xəbər var.
BUTA.TV xəbər verir ki, Fəridin anası Dilarə Əsgərova Musavat.com-a deyib ki, oğlu ilə əlaqə saxlaya bilib.
"Oğlumla danışdıq, ona "möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan", dedim. O da, cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O, dedi mən möhkəməm, əsl sən möhkəm ol. Yaxşı olacaq hər şey. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Özümə söz vermişdim, ağlamayacağam, amma özümü saxlaya bilmədim",-deyə Dilarə Əsgərova bildirib.
Dilarə Əsgərova əlavə edib ki, Fərid özünə əmindir:"Əminliklə dedi ki, heç bir günahı yoxdur. "Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur", dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Dövlət bu işlə bağlı ciddi məşğuldur. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq".
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video