Ukrayna ordusunun hücumunu dəf edərkən ağır itkilər veririk. Rusiya ordusunda mənəvi-psixoloji vəziyyəti aşağıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynada əsir düşən rus hərbçiləri “Voll Strit Jurnal”a bildirib.
Qeyd olunur ki, əsirlərdən biri əvvəllər narkotik alverinə görə məhkum edilib və altı aydan sonra cəbhədə döyüşmək üçün "Ştorm Z" qrupu ilə müqavilə imzalayıb. O, iddia edir ki, döyüşçülər geri çəkiləcəyi təqdirdə güllələnmə ilə hədələnirdilər.
Digər məhbus isə rus ordusunda mənəvi-psixoloji durumun aşağı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiyaya qayıdarkən təqib olunacağından qorxur və dəyişdirilmək istəmir.
Eyni zamanda, əsirlər hər iki tərəfdə ağır itkilərin olduğunu da qeyd ediblər.
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video