Yeni mövsümdən iddialı olmağı hədəfləyən "Neftçi" baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, "ağ-qaralar" Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sərgən Yalçınla danışıq aparır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, klubun baş sponsoru olan SOCAR komandaya nəzarəti birbaşa ələ keçirib. Şirkətin prezidenti, eyni zamanda klubun Müşahidə Şurasının sədri olan Rövşən Nəcəf 50 yaşlı mütəxəssislə danışıqlara şəxsən nəzarət edir. Artıq müzakirələrin böyük hissəsi yekunlaşıb. Tərəflər maddi məsələlərdə böyük ölçüdə razılığa gəliblər.
Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sərgən Yalçının "Neftçi"dəki illik maaşı 1 milyon avro (25,8 milyon tl) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sərgənin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.
Maraq üçün qeyd edək ki, 2021-ci ildə "Beşiktaş"la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 miylon TL olub.
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video