İsrail hökumətinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində minlərlə yaşayış evi tikmək planları beynəlxalq hüquqa ziddir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İsrail hakimiyyətinin qeyri-qanuni məskunlaşma fəaliyyətini gücləndirməsini və İordan çayının qərb sahilində ən azı 19 şəhərdə yeni qanunsuz məskunlaşmalarda 4500 yaşayış binası tikmək planlarını pisləyirik. Onların davamlı sülhə ciddi ziyan vuran, beynəlxalq hüquqa və BMT-nin müəyyən etdiyi parametrlərə tamamilə zidd olan bu addımları qəbuledilməzdir”, - məlumatda deyilir.
Qeyd olunur ki, Ankara 1967-ci il sərhədlərinə uyğun olaraq ikidövlətli həllə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək.
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili
- Naxçıvana hücum: Yaralananlardan birinin kimliyi bəlli oldu
- Temperatur 17 dərəcəyə yüksələcək
- İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!
- İranın Naxçıvana hücumu ilə bağlı - Yeni video
- İlham Əliyev fərman imzaladı
- İran səfiri XİN-ə çağırıldı - Təcili
- İran dronu Naxçıvan aeroportuna düşdü - Anbaan video