Astanada səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ştaynmayer Qazaxıstana Tokayevin dəvəti ilə gəlib.
“Görüş zamanı prezidentlər Qazaxıstan-Almaniya strateji tərəfdaşlığının vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib. Prezident Qasım-Jomart Tokayev və Frank-Valter Ştaynmayer danışıqlar zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində, eləcə də neft və qaz sahəsində əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd ediblər”, - məlumatda qeyd olunub.
- “Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH
- Bu şərəfsizlər peşman olacaqlar - İlham Əliyev
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
- Sənəd qəbulunun vaxtı uzadıldı
- Naxçıvandan uçuşlar dayandırıldı
- Naxçıvana bütün reyslər ləğv edildi
- ARDNF-də yüksək vəzifəyə təyinat
- Naxçıvana hücumla bağlı cinayət işi açıldı