Bu gün Azərbaycanda dərman vasitələri müəyyən ölkələrlə müqayisədə bahadır.
BUTA.TV xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, həmin ölkələrin sayı elə də çox deyil:
“Adətən, qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Halbuki orada dərmanların 70-80 %-i daxili istehsaldır. Türkiyədə qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtisadiyyat nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr aparır. Hazırda müəyyən təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir”.
- Turan İnformasiya Agentliyi fəaliyyətini bərpa etdi
- Sənəd qəbulunun vaxtı uzadıldı
- Naxçıvandan uçuşlar dayandırıldı
- Naxçıvana bütün reyslər ləğv edildi
- ARDNF-də yüksək vəzifəyə təyinat
- Naxçıvana hücumla bağlı cinayət işi açıldı
- Bakıda bu küçəni su basdı - Video
- Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili