Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
BUTA.TV xəbər verir ki, Qənirə Paşayeva Qazaxıstan Yazıçılar Birliyinin (QYB) Almatı şəhərində yerləşən mərkəzi qərargahında, bu birliyin rəhbərliyi ilə görüşüb.
QYB sədrinin birinci müavini Nurjan Kuantayuli Q.Paşayevanı salamlayaraq, hazırda Astanada ezamiyyətdə olan sədr Mərəkə Kulkenovun və birlik üzvlərinin salamlarını ona çatdırıb. O, Q.Paşayevanın Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə QYB-nin fəxri üzvü seçildiyini bidlirib. Fəxri üzvlük biletini Qənirə Paşayevaya təqdim edən N.Kuantayuli ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandığını deyib. Q.Paşayeva etimad və təltif üçün təşəkkürünü bildirib.
Qardaş ölkənin Yazıçılar Birliyinin yeni seçilmiş rəhbərliyinə uğurlar arzulayan Komitə sədri qardaş ölkələrimiz arasında da ədəbi əməkdaşlığın yeni dönəmdə yeni layihələr, nəşrlərlə davam və inkişaf edəcəyinə, ortaq festival və simpoziumlarla zənginləşəcəyinə inandığını bildirib.
Q.Paşayeva QYB rəhbərlərinə xarıbülbül xatirə nişanı və Qarabağ motivli rəsm əsəri hədiyyə edib.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır