Tokiodakı rusiyalı diplomatlar sovet kəşfiyyatının zabiti, bakılı Rixard Zorgenin xatirəsini yad ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakıda alman ailəsində anadan olub. Sovet Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olub, İkinci Dünya müharibəsinə qədər Almaniya və Yaponiyada jurnalist adı altında çalışıb. Çox zaman o, “Ramsay” gizli təxəllüsündən istifadə edib. Almaniyanın SSRİ-yə hücumu başlamazdan əvvəl o, dəfələrlə gözlənilən hücum barədə Moskvaya məlumat ötürüb.
Zorge 1941-ci il oktyabrın 18-də Yaponiya əks-kəşfiyyatı tərəfindən həbs edilib, 1944-cü il noyabrın 7-də isə edam olunub. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Zorge XX əsrin görkəmli kəşfiyyatçılarından biri hesab olunur.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır