Roma Statutu yaxın həftələrdə ratifikasiyaya göndəriləcək.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan ədliyyə naziri Qriqor Minasyan deyib.
“Hökumət aparatı Statutun yaxın vaxtlarda göndəriləcəyini bildirib. Hesab edirəm ki, bu, həftə ərzində həll olunacaq məsələdir”, - o bildirib.
Qeyd edək ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) əsasını təşkil edir. İrəvan bu sənədə 1999-cu ildə imza atıb, lakin hələ də ratifikasiya etməyib. Mart ayında BCM Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib. Ermənistan sözügedən Statuta qoşulub onu ratifikasiya etsə, BCM qərarına əməl edib Rusiya liderini İrəvana gəldikdə həbs etməlidir.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır