“Titanik”in batdığı yerə gedərkən iyunun 19-da itkin düşən "Titan" batiskafında oksigen ehtiyatı bitib.
BUTA.TV xəbər verir ki, batiskafın itməsindən sonra ABŞ rəsmiləri oradakı oksigen ehtiyatının cəmi 4 günə bəs edəcəyimi bildirmişdilər.
Bildirilib ki, ABŞ rəsmilərinin verdiyi vaxt bu gün Bakı vaxtı ilə 14:30-da bitib. Lakin buna baxmayaraq, batiskafın axtarışları davam edir. Bu gün səfərdən etibarən ABŞ Sahil Mühafizə Xidməti 10 gəmi və bir neçə sualtı qayıqla axtarışların miqyasını artırmışdı. Axtarışlarda Kanadanın xilasetmə xidmətləri də iştirak edir.
Qeyd edək ki, 1912-ci ildə qəzaya uğrayan “Titanik” gəmisinin qalıqlarına tamaşa etmək üçün içərisində 5 nəfərin olduğu “Titan” batiskafı ilə əlaqə 45 dəqiqədən sonra kəsilmişdi. Batiskafda bir nəfər üçün yerin qiyməti 250 min dollar idi.
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- Bu hücum heç bir halda... - Kamaləddin Qafarov
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- Expressbankdan bayram təklifi!
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı
- Yaralılardan üçü hava limanının əməkdaşıdır