23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
BUTA.TV xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.
Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanunun qəbul edilməsidir. Qanunun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı