Quranda “Həcc” surəsinin 37-ci ayəsində bildirilib ki, kəsdiyiniz heyvanların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan ancaq sizin ona qarşı məsuliyyətli olmağınızdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında ilahiyyatçı Elşad Miri Qurban bayramı ilə bağlı danışarkən deyib.
“Qurban bayramı anlayışı bayramlaşmadır. Burada əsas məqsəd ət yemək yox, həqiqətən başqaları ilə bölüşmək, ictimai yardımlaşmadır. “Ənam” deyilən anlayış da var. Yəni Qurban bayramında ev heyvanları kimi nəzərdə tutulan heyvanların - qoyundan, keçidən, inəkdən, dəvədən qurban kəsilməsi nəzərdə tutulur. Bu heyvanları kəsib paylayırlar.
Paylayarkən insanlar özləri bilirlər ki, ətin nə qədərini paylayacaqlar, nə qədərini özlərində saxlayacaqlar. Ətin çox hissəsini paylamaq daha məqsədəuyğundur, gözəldir. Eyni zamanda baxmaq lazımdır ki, kəsilən heyvan kiçik quzu olmasın. Yəni bu gün kəsilən heyvanlar neçə yaşda kəsilirsə, qurbanlıq heyvanların da buna uyğun kəsilib, ətinin paylanması daha məqsədə uyğundur”, - Miri qeyd edib.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı