Zelenski prezident seçiləndə razılaşmağa hazır idi. Bunun üçün Olimpin zirvəsindən düşüb onunla razılaşmağa getmək lazım idi.
BUTA.TV xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.
“Bu müharibə nəyə lazım idi? Müharibə ona görə lazlım idi ki, Şoyqu qəhrəman ulduzu alsın. Müharibə Rusiyanı idarə edən oliqarx klana lazım idi. Müharibə ona görə lazım idi ki, Medvedçuk Ukraynanın prezidenti olsun”, - Priqojin bildirib.
Onun sözlərinə görə, Ukrayna 8 il ərzində (2014-2022-ci illər) Donetski bombalamayıb:
“Sadəcə rus hərbçilərin oradakı mövqeləri atəşə tutulub. Bu illər ərzində Donbas Rusiya Prezident Administrasiyası əməkdaşları tərəfindən talan edilib. Ukrayna NATO ilə birlikdə Rusiyaya hücum etməyi planlaşdırmırdı. Rusiya Müdafiə Nazirliyi ictimaiyyəti və Putini aldadır”.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı