Xerson vilayətinin Geniçesk rayonu ərazisində dalbadal partlayışlar baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Rosqvardiyanın bazası partladılıb. Partlayışa yaxın ərazilərdə mobil şəbəkə itib, elektrik enerjisinin verilişi dayandırılıb.
Xersondakı separatçıların rəhbəri Vladimir Saldo Ukraynanın 4 ədəd “Storm” raketləri ilə zərbələr endirdiyini bildirib.
Rusiya mənbələri isə Xersonun Skadovsk rayonunda da partlayışların olduğunu bildiriblər:
“Ukrayna ordusu Dneprin sol sahilinə hücuma hazırlaşır. Bir neçə gündür Skadovsk, Lazurnıy, Geniçesk rayonlarındakı silah anbarlarını vurmağa başlayıblar. Xeyli ölən və yaralanan var”.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı