Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, son sutkada infeksiyaya 11 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 5 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 831 929 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 608 nəfər müalicə olunaraq sağalıb, hazırda 39 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791, bu günə qədər isə ümumilikdə 7 640 803 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 75 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 776 olub.
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...
- WUF13 çərçivəsində “Təmiz Şəhər”lə memorandum imzalandı