Kanada hökuməti Atlantik okeanının sularında “Titan” batiskafının batması ilə bağlı araşdırmalara başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kanadanın Nəqliyyat Təhlükəsizliyi İdarəsinin məlumatında deyilir.
"Nəqliyyat Təhlükəsizliyi Kanada bayrağı altında üzən "Polar Prince" gəmisi və özəl sualtı "Titan"ın iştirakı ilə baş vermiş ölümcül insidentlə bağlı təhqiqata başlayır", - deyə bildirilir.
Qeyd edək ki, ötən gün ABŞ Sahil Mühafizəsi tapılan qalıqlara əsasən batiskafın məhv olduğunu və ekipaj üzvlərini də hər birinin həlak olduğunu bildirib.
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...