"Vaqner"in komandirləri ən perspektivli siyasətçiyə (Priqojin nəzərdə tutulur – red.) sadiq qalırlar və onun istənilən əmrini yerinə yetirəcəklər. Nə FSB, nə də Surovikin başlayanı dayandıra bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu sözlər “Vaqner”in sosial media hesabında yayılan müraciətdəndir.
“Vaqnerin Ədalət Yürüşü Gerasimov və Şoyqunun cəzasıdır.
İllərdir ordunu məhv edirsənsə, illərlə ən döyüşə hazır birliyi məhv etməyə çalışırsansa (Baxmut ət maşınında mərmi çatışmazlığı və bugünkü arxa düşərgələrə zərbə), əgər sən Muradovları mükafatlandırıb, vicdanlı generalları qovursansa, əgər sən adi əsgərləri axmaq hücumlarda tərk etmisənsə, o zaman ədalətin zəfər çalacağına hazır olmaq lazımdır.
Şoyqu və Gerasimov hazırdırmı?
Titrəyən əlləri ilə “musiqiçilərə” (vaqnerçilərə - red.) müraciət edən generalların hamısı, əslində, öz hökmünü imzalayıblar. Məhkəmə olacaq. Surovikin Xersonun təslim olmasına görə cavab verəcək”.
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?
- İtaliya diplomatları İrandan təxliyə olundu
- Əmək müqaviləsi olmadan çalışanların diqqətinə...
- Nazirlər Kabineti məlumat yaydı: İranla sərhəddə...