“Vaqner”in rəhbəri Yevgeni Priqojinin müdafiə naziri Şoyqu və Baş Qərargah rəisi Gerasimov da daxil olmaqla, Rusiya hərbi rəhbərliyinə qarşı təhdidlərindən sonra Ağ Ev Rusiyadakı vəziyyəti izləyir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc bildirib ki, Prezident Co Bayden Rusiyadakı hadisələrlə bağlı məlumatlandırılıb:
“Biz vəziyyəti izləyirik və bu hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşəcəyik”.
Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, “Vaqner” qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.
Bundan sonra Priqojin “25 minlik ordu ilə” Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq “hərbi çevrilişinə cəhd” maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.
“Vaqner”in Rostov və Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?