Priqojin Sürət Hüseynov kimi qanuni hökumətə qarşı çıxır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Qüdrət Həsənquliyev deyib.
O qeyd edib ki, Rusiyada əsasən cinayətkarlardan ibarət silahlı dəstələr qanuni hakimiyyətə qarşı qiyam qaldırıb:
“Eynən bizdə 1993-cü ildə Surət Hüseynovun qaldırdığı qiyam kimidir. Rusiya bizim strateji tərəfdaşımız və böyük qonşumuzdur. 1993-cü ildə Rusiyanın sərgilədiyi mövqedən fərqli olaraq, biz qiyamı pisləməli, qanuni hökumətə öz dəstəyimizi ifadə etməliyik - Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləsək də. Rusiyada sabitlik Azərbaycanın dövlət maraqlarına cavab verir. Orada 2 milyon azərbaycanlı, türk xalqları, milyonlarla müsəlman yaşayır. Çox istərdim ki, qanuni hökumət qardaş qanı axıtmadan danışıqlar yolu ilə qanunsuz silahlı dəstələri, qiyamçıları tərki-silah etsin”.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?