Rusiya Prezidenti Vladimir Putinin xüsusi uçuş dəstəsinin “Rossiya” TU-214PU təyyarəsi Vnukovodan Sankt-Peterburq istiqamətinə uçub.
BUTA.TV xəbər verir ki, bununla bağlı “Aqreqator Pravdı” Teleqram kanalı məlumat yayıb.
"Təyyarənin adındakı "PU" - "Punkt Upravleniya" (idarəetmə məntəqəsi) mənasını verir və "qırmızı düymə"nin özüdür", - məlumatda qeyd olunub.
Kremlin sözcüsü Peskov isə bir neçə dəqiqə öncə Putinin Kremldə işini davam etdirdiyi haqqında açıqlama yayıb.
Qeyd edək ki, qiyama qalxan “Vaqner” döyüşçülərinin Rostov və Voroneji ələ keçirdikdən sonra Moskvaya doğru irəlilədiyi bildirilir.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?