Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət rejiminin pozulması ilə bağlı qanunu imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qanuna əsasən, marşrut kartı olmadığı halda, cərimə ödənilənə qədər sərnişin daşımalarının həyata keçirilməsi məhdudlaşdırılır.
Sənəddə qeyd olunub ki, “Hərbi vəziyyət haqqında” və digər qanun və hüquqi aktlarla müəyyən edilmiş normalara riayət edilməməsinə görə fiziki şəxslər 1000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs ediləcək.
Bu hərəkətlərdə cinayət tərkibi yoxdursa, vəzifəli şəxslər üçün 2000 rubl məbləğində cərimə və ya 30 günə qədər inzibati həbs nəzərdə tutulub.
Avtonəqliyyat vasitəsindən istifadə etməklə törədilən oxşar pozuntuya görə, əlavə cəza kimi onun müsadirəsi də nəzərdə tutula bilər.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?