Bu gün səhər Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarına Rusiyanın cənubundakı “Vaqner” özəl hərbi şirkəti ilə bağlı vəziyyət barədə məlumat verib. Dövlət başçıları birgə fəaliyyətlə bağlı razılığa gəliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Belarus Prezident Aparatı məlumat yayıb.
Bildirilib ki, Lukaşenko Putindən razılıq alaraq, öz kanalları vasitəsilə vəziyyəti dəqiqləşdirmək üçün “Vaqner” rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb:
“Danışıqlar gün ərzində davam edib. Nəticədə Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəlinib. Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Hazırda, Vaqner döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri ilə vəziyyəti həll etmək üçün tamamilə sərfəli və məqbul bir seçim masadadır.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?