Səfirlik ərazisində keçirilən hər hansı bir tədbir, ya aksiya mütləq qaydada səfirliklə razılaşdırmalıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev ABŞ səfirliyində ölkənin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbir zamanı mərasimə dəvət alan üç şəxsin Gədəbəydə baş verən son hadisələrə görə aksiya keçirməyə cəhd etməsi və onların səfirliyin mühafizəçiləri tərəfindən qollarının burularaq, çölə çıxarılması olayını şərh edərkən deyib.
Fərhad Mehdiyev bildirib ki, səfirlik ərazisində o ölkənin qanunları tətbiq edilir:
“Vyana Konvensiyasına görə, səfirlik ərazisi bu cür müdaxilələrdən qorunmalıdır. Əgər səfirlik belə bir aksiyanın keçirilməsini istəmirsə, həmin şəxsləri öz ərazisindən kənarlaşdıra bilər”.
Qeyd edək ki, ABŞ səfirliyi ərazisində “fləşmob” keçirməyə cəhd edən feminist xanımlar və onların aksiyasını çəkməyə çalışan jurnalistlər səfirliyin mühafizəçiləri tərəfindən ərazidən güc tətbiq edilməklə çıxarılıb və Azərbaycan polisinə təhvil veriliblər. Səfirlik qonaq çağırılan şəxsləri özlərini adekvat aparmamaqda və tədbiri pozmağa cəhddə ittiham edib.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?