Taliban rejimi qadınları ənənəvi zülmdən azad edib, onları azad insan statusuna qaytarıb.
BUTA.TV xəbər verir ki, bunu Taliban hərəkatının ali lideri Heybətulla Axundzadə deyib.
“Qadınları bir çox ənənəvi zülmlərdən, o cümlədən məcburi nikahlardan xilas etmək üçün konkret tədbirlər görülüb, onların şəriət hüquqları qorunub. Qadınların azad və layiqli insanlar statusu bərpa edilib və bütün qurumlar qadınlara nikah, vərəsəlik və digər hüquqların təmin edilməsində köməklik göstərməyə borcludurlar”, - Axundzadə bildirib.
Onun sözlərinə görə, qadınların islam şəriətinə uyğun olaraq rahat və firavan həyat yaşamalarını təmin etmək, onların vəziyyətini yaxşılaşdırmaq üçün lazımi addımlar atılıb.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?