“Vaqner” rəhbəri Yevgeni Priqojinlə uğurlu danışıqlar aparan və onu Moskvaya getmək fikrindən daşındırmağı bacaran Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı qanlı döyüşdən xilas etdi.
BUTA.TV xəbər verir ki, bu sözləri “Komsomolskaya Pravda” qəzetinin hərbi eksperti, istefada olan polkovnik Viktor Baranets BelTA-ya açıqlamasında deyib.
O, rus zabitləri adından Lukaşenkoya təşəkkür edib:
“Aleksandr Lukaşenko ilə Yevgeni Priqojin arasında uğurlu danışıqlar barədə məlumat Rusiyaya nəfəs almağa imkan verdi. Sonra biz Belarusa, Lukaşenkoya baxdıq və ona təşəkkür etdik”.
Qeyd edək ki, ötən gün məhz Aleksandr Lukaşenkonun apardığı danışıqlardan sonra Priqojin Moskvaya “yürüşdən” - əslində isə qiyamdan imtina edib və səhra düşərgəsinə qayıtmaq qərarı verib.
Ümumi razılığa əsasən, Priqojin haqda Rusiya Baş Prokurorluğunda başlayan cinayət işinə xitam verilib, “Vaqner” rəhbəri isə Belarusa gedəcək.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?