Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş sistemlərinin istehsalı və onların Azərbaycanda istismarı məsələsinə baxılır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində deyib.
“Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız var, ortaq layihə mövcuddur. Söhbət təkcə yeni pilotsuz uçuş aparatlarının, sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Artıq bu məsələlər öz həllini tapır və yaxın gələcəkdə, yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkələrimizin Silahlı Qüvvələri arasındakı əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər keçiririk”, - nazir qeyd edib.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?