Lerik rayonunda turist dərəyə yıxılaraq ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Qaradağ rayonu, Səngəçal qəsəbə sakini 1968-ci il təvəllüdlü Füzuli Seyfulla oğlu Hacıyev gəzinti zamanı ehtiyatsız davranıb.
O, 80 metr dərinlikdə olan dərəyə yıxılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin( FHN) Cənub Mərkəzinin Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində F.Hacıyevin meyiti dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?