ABŞ-ın tanınmış "Forbes" jurnalı Ruben Vardanyanı Ermənistan və Azərbaycan arasında davamlı sülhün qarşısını alan lider adlandırıb.
BUTA.TV-ın məlumatına görə, məqalədə vurğulanır ki, Vardanyan saxlanılaraq Ukrayna və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.
"Mayın 28-də Vardanyan özünün rusdilli Teleqram kanalında bildirib ki, separatçılar Azərbaycanla heç bir müqavilə imzalamamalıdırlar. Vardanyan bir müddətdir ki, separatçılarla əlaqə saxlayır. Vardanyan özünün Tvitter səhifəsində insan haqları məsələləri ilə bağlı yazır və regionu Ermənistanla birləşdirən yolun qondarma “blokadası”ndan danışır”, - jurnalda qeyd olunur.
Bildirilir ki, Moskvadan Azərbaycanın Qarabağ bölgəsinə “ixrac edilən” kriminal oliqarx, vaxtilə separatçıların qondarma “dövlət naziri” olmuş Vardanyan çox güman ki, fərdi sanksiyalar riskinin qarşısını almaq üçün öz “vəzifəsini” tərk edib.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?