Əgər müharibə zamanı Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, onda müharibəni hətta noyabrın 9-da da dayandırılmaq mümkün olmayacaqdı.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında deyib.
Qeyd edək ki, Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımasının İrəvanın əlində diplomatik “İsgəndər”ə çevriləcəyi, hakimiyyətin bunu etməməklə ölümcül səhvə imza atdığını demişdi.
Müxalifətçinin bu fikrinə reaksiya verən baş nazir bildirib:
“Niyə 2016-cı ilin aprelində, Dördgünlük müharibə zamanı Ermənistan bu addımı atmadı, bu “İsgəndər”dən istifadə etmədi və bütün bunlara son qoymadı?"
Xatırladaq ki, 44 günlük müharibənin şəraitini araşdırmaq üçün komissiyanın bugünkü iclasına yüksək rütbəli hərbi və siyasi xadimlər də dəvət olunub.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?