Rusiyada ötən həftə Yevgeni Priqojin tərəfindən həyata keçirilən çevriliş cəhdi sonuncu olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Mövsm (üsyan – red.) heç də bir dəfə olmayacaqş İstədiyimiz qədər tez deyil, amma proses başlayıb. Priqojinlə bağlı vəziyyət dünyaya Rusiyanın çox təhlükəli ərazi olduğunu göstərdi. Belə üsyanın təşəbbüskarı olan insanlar isə Kremldə də var”, - katib bildirib.
O bildirib ki, o insanlar Rusiyanı müdafiə etməli olan institutlarda yerləşiblər:
“Diqqət edin, terrorçular qərargahı (Rostovda yerləşən Cənub Hərbi Dairəsinin qərargahı – red.) ələ keçirir, amma onlara heç kim müqavimət göstərmir. Görünür, orda hər şey qaydasında getmir. Bu, Putini gözdən salmaq üçün cəsarətli əməliyyatdır”.
- Pensiyalar ödənildi - Şad xəbər
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu