ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.
"ABŞ bu həftə danışıqları asanlaşdırmaq üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməkdən məmnundur. Çünki onlar Cənubi Qafqaz regionunun sülhsevər gələcəyə doğru səylərini davam etdirirlər.
Katib Blinken bu səhər Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirlərini görüşün açılışında salamlamaq şərəfinə nail olub. Dövlət katibi həm hər bir nazirlə fərdi, həm də üçtərəfli formatda görüşlər keçirib. O, hər görüşdə vurğulayırdı ki, birbaşa dialoq məsələlərin həlli, davamlı və ləyaqətli sülhə nail olmaq üçün açardır. ABŞ Ermənistan və Azərbaycanın sülh prosesində məhsuldar iştirak etmək üçün son səylərini alqışlayır, və biz bu prosesi inkişaf etdirmək üçün onlara hər cür köməkliyi göstərməyə davam edəcəyik. Bu gün cümə axşamına qədər davam edəcək görüşlərin ilk günü olub", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Corc Şults adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə ilk plenar iclasda iştirak edib. Hazırda nazirlərin ikitərəfli görüşü keçirilir.
Danışıqlar iyunun 29-dək davam edəcək. Əsas mövzu sülh müqaviləsidir.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?