2020-ci ildə baş vermiş 44 günlük müharibə səbəbindən Ermənistanda elan edilmiş hərbi vəziyyət dövründə hərbi xidmət qaydalarının pozulması, o cümlədən digər hərbi cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aid edilib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyanın iclası zamanı deyib.
“Ccinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmrin yerinə yetirilməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə xitam vermə, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma və digər hallarla əlaqədar açılıb”, - baş nazir əlavə edib.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?