Azərbaycanda ötən son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, ötən son sutkada infeksiyaya 1 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 5 nəfər sağalıb, ölən yoxdur.
İndiyədək ölkədə ümumilikdə 831 939 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 629 nəfər müalicə olunaraq sağalıb, hazırda 28 aktiv xəstə var. Bu günə qədər 10 282 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 299, bu günə qədər isə ümumilikdə 7 642 901 test icra olunub.
- Dünya mediası Əliyevin bu çıxışından yazır
- BMT əməkdaşları Azərbaycan vasitəsilə təxliyə edildi
- Leyla Əliyeva Narkoloji Mərkəzi ziyarət etdi
- Dron hücumlarında yaralananlardan 3-ü evə buraxıldı
- Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...
- Molla rejiminin Azərbaycandakı qulları
- 46 ölkənin 1341 vətəndaşı İrandan təxliyə olundu
- Bir nömrəli səfərbərlik vəziyyəti nədir?